"Napoli" - "Qarabağ" oyunu təxirə salınır? - Klubdan açıqlama

"Napoli" - "Qarabağ" oyunu təxirə salınır? - Klubdan açıqlama İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" - "Qarabağ" oyununun pis hava şəraiti səbəbindən təxirə salınması ilə bağlı iddialar yayılıb.

News24.az məsələni aydınlaşdırmaq üçün İtaliyada səfərdə olan "Qarabağ" komandası ilə əlaqə saxlayıb. Klubun mətbuat katibi Anar Hacıyev bildirib ki, hazırda oyunun təxirə salınması ilə bağlı məsələ gündəmdə deyil.

Qeyd edək ki, "Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.