“Napoli”də fövqəladə vəziyyət yaranıb"

 “Napoli”də fövqəladə vəziyyət yaranıb" İdman

“Napoli”nin baş məşqçisi Antonio Konte “Yuventus”a 0:3 hesablı məğlubiyyətdən sonra komandada “əsl fövqəladə vəziyyət” yarandığını bildirib.

News24.az xəbər verir ki, təcrübəli mütəxəssis dərinləşən zədə böhranının komandanın durumunu ağırlaşdırdığını, əsas oyunçuların yoxluğunun ciddi problem yaratdığını vurğulayıb. Konte həmçinin Çempionlar Liqasında “Çelsi” ilə oyundan əvvəl heyətin gücləndirilməsinin gözlənilmədiyini qeyd edib.

Məğlubiyyət “Napoli”nin Serie A-da titul mübarizəsini çətinləşdirib və çempionların mövqeyini daha da zəiflədib.