"Napoli"nin oyunçusu komandadan ayrılıq səbəbini açıqladı

"Napoli"nin oyunçusu komandadan ayrılıq səbəbini açıqladı İdman

Noa Lanq Napolidən ayrılmasının səbəbi ilə bağlı açıqlama verib.

News24.az-ın məlumatına görə, niderlandlı futbolçu bildirib ki, baş məşqçi Antonio Konte ilə şəxsi gərginliyi olmayıb, lakin ona qarşı ədalətsiz davranılıb.

Lanq deyib ki, məşqçi ilə futbol baxımından uyğunlaşma baş tutmayıb və klubdaxili “siyasi davranışlar” səbəbindən cəmi altı aydan sonra komandadan ayrılmaq məcburiyyətində qalıb. Dünya Kuboku şansını qorumaq istəyən futbolçu bu səbəbdən “Qalatasaray”a icarəyə keçib.

26 yaşlı cinah oyunçusu Napoli klubuna hörmət etdiyini, lakin bu cür münasibətin onun üçün qəbuledilməz olduğunu vurğulayıb.