Nazirlik idman atlarının yemlənməsinə 100 min manat xərcləyəcək

Nazirlik idman atlarının yemlənməsinə 100 min manat xərcləyəcək İdman

Gənclər və İdman Nazirliyi idman atlarının yemlənməsinə 100 min manatdan çox vəsait xərcləyəcək.

News24.az xəbər verir ki, nazirlik bununla bağlı "Doker" şirkəti ilə müqavilə bağlayıb.

Müqavilədə idman atları üçün yemlərin satın alınması nəzərdə tutulur və bu alqı-satqı 112.540 manata başa gəlib. (İqtisadiyyat.az)