"Neftçi"yə böyük GÜZƏŞT: - alacağı puldan İMTİNA ETDİ
İdman
Ötən ilin yayında Azərbaycana gələn, ancaq özünü heç cür göstərə bilməyən argentinalı hücumçu ilə aparılan danışıqlar nəticə verib.
Roman Qriqorçukun xidmətində maraqlı olmadığı və ötən 2 ayı əvəzedici komandanın düşərgəsində keçirən cənubi amerikalı 2025-ci ilin yayında başa çatmalı olan müqaviləsini pozmağa razılaşıb.
O. yekunda kluba jest edib. Alacaqlarının böyük hissəsindən imtina eləyib. «Ağ-qaralar» Lionel Messinin həmyerlisinə cüzi bir təzminat ödəyəcək.
Melano 2023-cü ilin yayında «ağ-qaralar»la 1+1 illik müqavilə imzalayıb. Ötən mövsüm 12 oyunda forma geyinən və qol hesabını aça bilməyib.
Bakılılar ona görə Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.//sportinfo