"Neftçi" "Qarabağ"a görə cərimələndi
İdman
Xəbər verdiyimiz kimi, "Neftçi-2" klubu Əvəzedicilər Liqasının XV turunda baş tutan "Qarabağ-2" ilə oyunda rəqibin azarkeşlərini stadiona buraxmayıb.
News24.az-ın məlumatına görə ""Neftçi-2" bu səbəbdən AFFA İntizam Komitəsi tərəfindən 200 manat məbləğində cərimələnib.
Həmçinin 8 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XV turun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ -2” komandası 70 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma "Neftçi-2" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.