"Neftçi"nin yeni baş məşqçisi Bakıdadır

"Neftçi"nin yeni baş məşqçisi Bakıdadır İdman

"Neftçi"nin yeni baş məşqçisi olacağı gözlənilən Yuri Vernidub artıq Bakıya gəlib.

News24.az xəbər verir ki, o, xüsusi icazə məktubu ilə Ukraynanı tərk edə bilib.

Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb.

Y. Vernidub son olaraq "Krivbass" klubunu çalışdırıb.

O, "Şerif"lə Moldova, Soliqorsk "Şaxtyor"u ilə isə Belarus çempionu olub.(sportinfo.az)