Nəriman "Qarabağ"dan ayrıldı - RƏSMİ
İdman
"Qarabağ"ın oyunçusu Nəriman Axundzadə ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru” futbol klubuna transfer olunub.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
""Qarabağ" klubunun ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru” ilə apardığı danışıqlar yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Razılaşmaya əsasən, futbolçuya qarşı tərəflə şəxsi müqavilə şərtlərini müzakirə etmək üçün icazə verilib.
Prosesin növbəti mərhələləri barədə əlavə məlumat rəsmi şəkildə açıqlanacaq", - deyə məlumatda qeyd edilib.