Nəriman "Qarabağ"dan gedir? - Rəsmi açıqlama
İdman
Son günlər "Qarabağ" klubunun futbolçusu Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialar yayılıb.
News24.az-a açıqlama verən klubun mətbuat katibi Anar Hacıyev bildirib ki, Nəriman Axundzadə üçün rəsmi təklif yoxdur və buna görə də onun klubdan ayrılması ilə bağlı heç bir rəsmi məlumat mövcud deyil.
Qeyd edək ki, Nəriman Axundzadənin xarici klublardan təklif aldığı, lakin baş məşqçi Qurban Qurbanovun hazırda komandada onun xidmətinə ehtiyac olduğunu bildirdiyi iddia olunur.