Neymar karyerası ilə bağlı qərar verdi

Neymar karyerası ilə bağlı qərar verdi İdman

Braziliyanın “Santos” klubu ulduz futbolçu Neymarla müqaviləni uzadıb.

News24.az xəbər verir ki, 33 yaşlı cinah yarımmüdafiəçisi klubla 2026-cı ilin dekabrınadək yeni müqavilə imzalayıb.

“Transfermarkt”ın məlumatına görə, hücumçunun transfer dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, cari mövsümdə Neymar Braziliya çempionatında “Santos”un heyətində 20 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.