Neymarın Dubayda 43 milyona aldığı mənzil gündəm oldu - FOTOLAR

Neymarın Dubayda 43 milyona aldığı mənzil gündəm oldu - FOTOLAR İdman

Braziliyalı ulduz futbolçu Neymar Dubaydakı dəbdəbəli "Bugatti Residences"də 43 milyon funt-sterlinqə mənzil alıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, zədəsi səbəbindən 15 ayda “Əl-Hilal”da cəmi 7 oyun keçirən 32 yaşlı futbolçunun şəxsi avtomobil lifti və hovuzu olan bu mənzilə ödədiyi məbləğ müzakirələrə səbəb olub.

Futbolçu həmçinin bu yaxınlarda Mayamidə 20,5 milyon funt-sterlinq dəyərində dəniz kənarında mülk alıb və Braziliya sahillərində 7 milyon funt-sterlinqə özəl ada almağı planlaşdırır. Neymar model ortağı və qızı Mavinin anası Bruna Biankardi ilə yenidən bir araya gəlib.

Məşhur futbolçunun sözügedən dəbdəbəli evinin görüntülərini təqdim edirik.

Neymarın Dubayda 43 milyona aldığı mənzil gündəm oldu - FOTOLAR