Nigeriyadan güc nümayişi: Mozambik darmadağın edildi

Nigeriyadan güc nümayişi: Mozambik darmadağın edildi İdman

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Nigeriya Mozambiki 4-0 hesabı ilə məğlub edərək turnirin dörddəbir finalına yüksəlib.

News24.az xəbər verir ki, “Complexe Sportif de Fes” stadionunda keçirilən görüşdə Nigeriya oyuna tam nəzarət edib. Komandanın qollarını 20-ci dəqiqədə Ademola Lookman, 25-ci və 47-ci dəqiqələrdə Viktor Osimhen, 75-ci dəqiqədə isə Akor Adams vurub.

Matçda “Qalatasaray”ın hücumçusu Viktor Osimhen start heyətində yer alaraq 68 dəqiqə meydanda olub. “Beşiktaş”ın futbolçusu Vilfred Ndidi 83 dəqiqə oynayıb, “Trabzonspor”dan Paul Onuaçu isə 86-cı dəqiqədə oyuna daxil olub.

“Atalanta”da çıxış edən və adı “Fənərbaxça” ilə hallanan Ademola Lookman 1 qol və 2 məhsuldar ötürmə ilə görüşün ən diqqətçəkən futbolçularından biri olub.