"Nitsa"da inanılmaz olay: uduzan futbolçular azarkeşlər tərəfindən döyüldülər
İdman
Fransanın “Nitsa” klubunun fanatları komandanın nəticələrindən narazı qaldıqları üçün futbolçuları döyüblər. Komanda bütün turnirlərdə ardıcıl altı oyunda məğlub olub.
News24.az xəbər verir ki, növbəti uğursuz oyundan sonra təxminən 400 azarkeş komandanın bazası yaxınlığında futbolçuları gözləyib. Onlar əvvəlcə baş məşqçi Frank Ezin istefasını tələb edib, daha sonra isə oyunçuları təhqir etməyə başlayıblar.
Məlumata görə, azarkeşlərin bir qismi hücumçular Jeremi Boqa və Terem Moffiyə təpik və şillələrlə hücum edib, onları döyüb və tüpürüblər. Hadisədən sonra fanatlar bəyan ediblər ki, bu futbolçular “Nitsa” forması ilə bir daha meydana çıxmamalıdır.