Nəriman Axundzadə ABŞ klubunda nə vaxt debüt edəcək? - Baş məşqçisi AÇIQLADI

Nəriman Axundzadə ABŞ klubunda nə vaxt debüt edəcək? - Baş məşqçisi AÇIQLADI İdman

"Nəriman Axundzadədə ən çox diqqətimizi çəkən və bəyəndiyimiz xüsusiyyət onun cinah yarımmüdafiəçisi qismində çıxış etməsidir. Bu amil dördlü yarımmüdafiə xətti ilə meydana çıxdığımız anlarda bizə cinahlarda daha geniş imkanlar yaradacaq".

News24.az xəbər verir ki, bu fikirləri ABŞ-nin "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström "Qarabağ"dan heyətinə qatdıqları Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin transferini şərh edərkən səsləndirib.

İsveçli mütəxəssis 21 yaşlı hücumçunun yeni komandasının heyətində nə vaxt debüt edəcəyinə də aydınlıq gətirib:

"Hazırda onunla bağlı hər şeyin tam qaydasında olduğunu iddia edə bilmərəm. Lakin indiki addımlarını olduqca müsbət qiymətləndirmək mümkündür. O, məşqlərdə nümayiş etdirdiyi performansla heç bir geriləmənin olmadığını sübut etdi. Ümid edirəm ki, ən qısa zamanda kollektiv hazırlıq prosesinə daxil olacaq. Proseslərin sürətlə inkişaf etdiyinin fərqindəyik, ancaq Nərimanla bağlı məsələlərdə ehtiyatlı davranacağıq".

Məlumat üçün bildirək ki, Nəriman Axundzadə MLS təmsilçisi olan "Kolambus Kryu" ilə 2030-cu ilin yayına qədər davam edəcək rəsmi müqaviləyə imza atıb.// Oxu.Az