Qurbanov Nəriman Axundzadənin getməsindən danışdı

Qurbanov Nəriman Axundzadənin getməsindən danışdı İdman

Nərimanın gedişi bizim üçün ürəkaçan hal deyil. Sadəcə, onun son vaxtlar məlum məsələlərə görə getməsinə ehtiyac var idi.

News24.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin komandanı tərk etməsi barədə danışarkən deyib.

Futbolçunun ABŞ-ın "Kolumbus Kryu" klubuna keçidinə münasibət bildirən mütəxəssis onun son iki ildə komandanın ən məhsuldar oyunçularından biri olduğunu söyləyib:

“Danışıqlar ciddi gedir. Proses yekun mərhələyə yaxınlaşsa da, bəzi detallar hələ tam dəqiqləşməyib. Getməsi özün üçün daha yaxşıdır. Özündə deyildi, hər gün fərqli fikirlərlə çıxış edirdi. Komandamızdan getməsi toparlanması və özünü yenidən tapması üçün vacibdir. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Amma artıq edəcək nəsə yoxdur. Ümid edirəm ki, gələcəkdə daha yaxşı Nəriman görəcəyik”.

Q.Qurbanov qeyd edib ki, futbolçulara gələn təkliflər bəzən oyunlar ərəfəsində xoşagəlməz vəziyyət yaradır:

“Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşıb dedi ki, yaxşı təklif gəlib. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, oraya ancaq pul üçün getmək olar. Çalışırıq ki, komandanı oyunlara yaxşı hazırlaya bilək”. (axar.az)