“Nyukasl” azarkeşlərə Bakıda keçiriləcək oyunla bağlı çağırış etdi

“Nyukasl” azarkeşlərə Bakıda keçiriləcək oyunla bağlı çağırış etdi İdman

İngiltərənin "Nyukasl" klubu UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Qarabağ"la matçdan öncə azarkeşlərdən Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib.

News24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

İngiltərənin "Nyukasl" klubu azərkeşlərə Bakı şəhəri və oyunu izləmək üçün əməl etməli olduqları qaydaları barədə məlumat verib:

“Bakıya gələn ingiltərəli azərkeşlər etibarlı pasport və vizaya malik olmalıdır. Viza emalı üçün təxminən bir həftə vaxt tələb olunur. Səyahət sığortası məsləhətdir.Bakı metrosu üçün “BakıKart” tələb olunur. Şəhər mərkəzindən stadionun ən yaxın stansiyası “Gənclik” eniş nöqtəsinə yaxındır.

Stadiona 1,5m x 2m-dən kiçik bayraq və bannerlər, A4-dən böyük olmayan çantalar gətirilə bilər. Qadağan olunmuş əşyalar: silah, narkotik, çətir, pirotexnika, heyvanlar, bıçaq, vuvuzela. Tribunada qazlı içkilər icazəlidir, spirt gətirmək qadağandır.

Əlil azarkeşlər C qapısından daxil olmalı, əlil arabası üçün təyin olunmuş sahələrdən istifadə etməlidir.

Oyundan sonra azarkeşlər 30 dəqiqə saxlanılacaq, polis tərəfindən stadiondan çıxarılacaqlar. Səyahət zamanı pasport və şəxsi əşyalar diqqətdə saxlanmalıdır. Oyun Ramazan ayı ərəfəsinə təsadüf etdiyi üçün oyunu izləyən zaman yerli əhaliyə hörmətlə yanaşılmalıdır”.