"Nyukasl" azarkeşləri “Mançester Yunayted”i ələ saldı
İdman
“Nyukasl” azarkeşləri “Mançester Yunayted”i sosial şəbəkələrdə ələ salıblar.
News24.az xəbər verir ki, buna səbəb hücumçu Uilyam Osulanın 12 il əvvəl etdiyi köhnə paylaşımın yenidən yayılması olub.
Həmin paylaşımda Osula “Old Trafford” stadionunda olub və “Mançester Yunayted”in əfsanə futbolçuları ilə şəkil çəkdirib. Bu da onun vaxtilə bu kluba böyük maraq göstərdiyini göstərir.
Azarkeşlər bildirirlər ki, “Mançester Yunayted” vaxtilə Osulanı akademiyasına cəlb etmək şansını qaçırıb. İndi isə danimarkalı hücumçu “Nyukasl”ın heyətində Premyer Liqada diqqət çəkən oyunçulardan biridir.