“Nyukasl” – “Qarabağ” oyunu üçün biletlər satışda

“Nyukasl” – “Qarabağ” oyunu üçün biletlər satışda İdman

Fevralın 24-də İngiltərənin “St James' Park” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının “Play-off” mərhələsi üzrə “Nyukasl” – “Qarabağ” matçını stadiondan izləmək istəyən azarkeşlər üçün biletlər bu gün saat 15:00-dan satışa çıxarılır.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyun Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Biletləri iTicket.az saytı vasitəsilə əldə etmək mümkündür.