"O, paltardəyişmə otağına ilk dəfə girəndə üzünə baxmağa cəsarət etmədim" - Lionel Messi

"O, paltardəyişmə otağına ilk dəfə girəndə üzünə baxmağa cəsarət etmədim" - Lionel Messi İdman

"O, paldardəyişmə otağına ilk dəfə girəndə üzünə baxmağa cəsarət etmədim. Məndə onun posteri var idi və qəfildən komanda yoldaşı olduq".

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, bunu argentinalı superulduz Lionel Messi deyib.

Hazırda "İnter Mayami"nin uğurları üçün çalışan Leo sabiq fransalı futbolçu Tyerri Anridən danışıb: "Onun İngiltərədə nələr etdiyini bilirdim. "Barselona"ya keçməsi mənim üçün qeyri-adi idi. Titi ilə həqiqətən qürur duyuram. Anrinin epizodları necə asanlıqla reallaşdırmasına heyran idim. Onun driblinqi, zərbələri, hərəkəti... Bütün bunları xüsusi plastika və çox ustalıqla edirdi".

Xatırladaq ki, Anri 2007-2010-cu illər aralığında "Barselona"nın formasını geyinib.