Osimhen maaşını almayıb? - “Qalatasaray”dan cavab

Osimhen maaşını almayıb?  - “Qalatasaray”dan cavab İdman

“Qalatasaray”ın ulduzu Viktor Osimhenin iki aydır maaş almadığı iddia olunurdu.

News24.az xəbər verir ki, “Galatasaray Sportif AŞ”nin vitse-prezidenti Abdullah Kavukçu bu iddiaları təkzib edib.

O bildirib ki, klubun heç bir maliyyə problemi yoxdur və maaşlar plan üzrə ödənilir. Yanvar ödənişləri fevralda, fevralın maaşı isə martda verilir. Onun sözlərinə görə, mükafat pulları da gecikdirilmədən oyunçuların hesabına köçürülür.

Kavukçu əlavə edib ki, ödənişlərlə bağlı problem olsaydı, yanvarın 15-də UEFA-ya borcsuzluq sənədi təqdim etmək mümkün olmazdı. (sabah.com)