Osimhen matçda izini qoydu - Qrup lideri oldu

Osimhen matçda izini qoydu - Qrup lideri oldu İdman

Afrika Millətlər Kubokunda Nigeriya Tunisi 3:2 hesabı ilə məğlub edərək qrupda birinci yeri təmin edib.

News24.az xəbər verir ki, qolları Viktor Osimhen, Vilfrid Ndidi və Ademola Lukman vurub.

Matçda fərqlənən Osimhen Nigeriya millisində 46-cı oyununda 32-ci qolunu vuraraq diqqət çəkib. O, daha 5 qol vuracağı təqdirdə Rəşidi Yekininin milli rekorduna çatacaq.