Osimhenin son durumu - Derbiyə çıxıb-çıxmayacağı sual altındadır

Osimhenin son durumu - Derbiyə çıxıb-çıxmayacağı sual altındadır İdman

Nigeriya–Konqo matçında zədələnən “Qalatasaray”ın ulduzu Viktor Osimhenin vəziyyəti açıqlanıb.

News24.az xəbər verir ki, klubun açıqlamasına görə, hücumçunun sol arxa əzələsində orta dərəcəli gərilmə və qanama aşkarlanıb və müalicəyə başlanıb.

İdmançının ən azı 2–3 həftə meydanlardan uzaq qalacağı gözlənilir. Bu müddətdə Osimhenin “Gənclərbirliyi” və “Saint Gilloise” oyunlarını buraxacağı artıq dəqiqləşib.

Elit futbolçularda bu tip zədənin intensiv müalicə ilə 14–18 günə sağalması mümkündür. Klub nigeriyalı forveti “Fənərbağça” derbisinə çatdırmaq üçün bütün səylərini göstərəcək.