Parisdə Olimpiya məşəli söndü - FOTOlar
İdman
Paris 2024 Olimpiya Oyunları bağlanış şousu ilə başa çatıb.
News24.az xəbər verir ki, 204 ölkədən 10500 idmançının iştirak etdiyi Olimpiadada 32 sahədə ümumilikdə 329 tədbir keçirilib.
Tom Kruz Paris Olimpiadasının bağlanış mərasiminə "Stad De Frans"ın zirvəsindən tullanaraq daxil olub.
O, yerə enən zaman ABŞ gimnastı Simone Bilesi salamlayıb. Bayrağı götürüb və motosikletin arxasına taxaraq stadionu tərk edib.
Kruiz daha sonra motosikleti ilə Eyfel turunu və şəhərin simvolik yerlərini keçərək Parisi sürətlə keçib.
Məşhur aktyor təyyarədən düşərək, bayrağı 2028-ci il Olimpiadasına ev sahibliyi edəcək Los-Ancelesə çatdırıb.
Günel Məlikzadə