Pedro Netonun hərəkəti tənqid edildi
İdman
"Çelsi"nin futbolçusu Pedro Neto Çempionlar Liqasında "PSJ"yə 5:2 hesabı ilə uduzduqları oyunda etdiyi hərəkətə görə tənqid olunub.
News24.az xəbər verir ki, matçın sonlarında top oyundan çıxarkən Neto oyunu tez başlatmaq istəyib. Bu zaman topu götürən oğlanı reklam lövhəsinə doğru itələyib. Hadisə sosial mediada geniş müzakirə olunub və bir çox azarkeş futbolçunun hərəkətini düzgün hesab etməyib.
Buna baxmayaraq, 26 yaşlı futbolçu oyunda sarı vərəqə almayıb. Lakin onun bu davranışına görə UEFA tərəfindən sonradan cəza verilə biləcəyi bildirilir.