Play-off "Qarabağ"a bu qədər qazanc gətirdi
İdman
Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasının liqa mərhələsinin VIII turunda səfərdə İngiltərənin “Liverpool” klubu ilə üz-üzə gəlib. Liverpul şəhərində yerləşən “Enfild” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq, Ağdam təmsilçisi turnirdəki əvvəlki oyunlarda qazandığı nəticələr sayəsində Çempionlar Liqasının play-off mərhələsinə yüksəlməyi bacarıb.
Belə ki, play-off mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu UEFA tərəfindən 1 milyon avro (təxminən 2milyon manat) məbləğində mükafat əldə edib.
Qeyd edək ki, Qarabağın play-off mərhələsində potensial rəqibləri arasında Paris Saint-Germain (PSG) və Newcastle United kimi güclü komandalar yer alır.