"Real Madrid" mərakeşli futbolçu ilə müqaviləsini 2031-ci ilədək uzatdı

"Real Madrid" mərakeşli futbolçu ilə müqaviləsini 2031-ci ilədək uzatdı İdman

“Real Madrid” mərakeşli futbolçu Brahim Diazla Brahim Diazla müqaviləni 2031-ci il iyunun 30-dək uzadıb.

News24.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayıb.

27 yaşlı futbolçu 2019-cu ildə Madrid təmsilçisinə qoşulub. O, indiyədək komandada 173 oyuna çıxıb və 22 qol vurub.

Diaz Mərakeş millisində isə 36 oyunda 15 dəfə fərqlənib.