Premyer Liqa ulduzuna ağırlıq qaldırmaq qadağan edildi
İdman
İngiltərə Premyer Liqasında oynayan "Vest Hem Yunayted" klubunun baş məşqçisi Nuno Espirito Santo futbolçu Adama Traoreyə ağırlıq qaldırmağı qadağan edib.
News24.az-ın məlumatına görə, baş məşqçi bildirib ki, Traore onsuz da çox güclü və əzələli futbolçudur. Buna görə də onun əlavə ağırlıq məşqlərinə ehtiyacı yoxdur. O, yalnız yüngül və qoruyucu hərəkətlər edəcək.
Bu qərar futbolçunu zədələrdən qorumaq üçün verilib. 30 yaşlı ispaniyalı oyunçu qışda "Vest Hem"ə keçib. O, indiyə qədər 5 oyunda oynayıb və əsasən əvəzedici kimi meydana çıxıb.