Premyer Liqada irqçilik qalmaqalı
İdman
İngiltərə Premyer Liqasında “Çelsi” – “Bernli” oyunundan (1:1) sonra iki futbolçu irqçi mesajlara məruz qalıb.
News24.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Vesley Fofana və “Bernli”nin yarımmüdafiəçisi Hannibal Mejbri “Instagram”da təhqiramiz mesajlar aldıqlarını açıqlayıblar. Hannibal paylaşımında “2026-cı ildir və hələ də belə insanlar var. Özünüzü və uşaqlarınızı maarifləndirin”, – deyə bildirib.
Hər iki klub hadisəni sərt şəkildə pisləyib. “Bernli” bunu “utancverici” adlandırıb, “Çelsi” isə mesajları “iyrənc və qəbuledilməz” kimi qiymətləndirib və günahkarların tapılması üçün aidiyyəti qurumlarla işləyəcəyini açıqlayıb.
Liqa rəhbərliyi də irqçi hücumları qətiyyətlə pislədiyini bəyan edib.