Premyer Liqada yeni antirekord

Premyer Liqada yeni antirekord İdman

“Lester” İngiltərə Premyer Liqasında yeni antirekorda imza atıb.

News24.az xəbər verir ki, “tülkülər” evdəki ardıcıl quru hesablı məğlubiyyət sayında antirekordçu olub.

“Lester” 6 belə matç keçirib. Rud van Nistelroyun yetirmələri “Brentford”la qarşılaşmada 0:4 hesabı ilə uduzub.

Bunadək “tülkülər” öz meydanında “Arsenal”, “Fulhem”, “Kristal Pelas” və “Mançester Siti”yə eyni - 0:2, “Vulverhempton”a 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Lester” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.\\\\idman.biz