“PSJ” – Mbappe gərginliyi davam edir
İdman
“Paris Sen-Jermen” ödənilməmiş 2 milyon avroluq borca görə yenidən məhkəmə icraçıları ilə üzləşə bilər.
News24.az-ın məlumatına görə, Kylian Mbappenin hüquq komandası bildirir ki, məhkəmənin tələb etdiyi 60 milyon avrodan artıq məbləğin tam ödənilməsinə baxmayaraq, 2 milyon avro hələ də çatışmır. Bu səbəbdən qalan vəsaitin müsadirəsi gündəmdədir. Hazırda futbolçu “Real Madrid”də çıxış edir.
Məhkəmə qərarı “PSJ”nin Mbappeyə maaş, bonus və faizlər daxil olmaqla ümumilikdə 60 milyon avro ödəməsini tələb edir. Klub əvvəlcə 55 milyon avro, daha sonra isə 4 milyon avro köçürsə də, 2 milyon avro qalır.
Klub isə bütün ödənişlərin edildiyini, fərqin isə vergi və sosial sığorta məsələləri ilə bağlı texniki səbəbdən yarandığını açıqlayıb. Mübahisə hələ də davam edir.