PSJ Mbappeni məhkəməyə verdi: - 55 milyon avro tələb
İdman
"Real Madrid"dəki karyerasına Superkubokla başlayan Kilian Mbappe keçmiş klubu Paris Saint-Germain-dən UEFA-ya şikayət edib.
News24.az xəbər verir ki, 25 yaşlı ulduz 7 il forma geyindiyi Paris Sen-Jermendən alacağı 55 milyon avro üçün hərəkətə keçib.
Fransanın Le Monde qəzeti Mbappenin avqust ayında Fransa Futbol Federasiyasının müvafiq bölmələrinə müraciət etdiyini yazıb. O, məsələni UEFA-ya çatdırdığını bildirib.
Mbappe ilə PSJ arasındakı mübahisənin Fransa klubunun UEFA lisenziyasının ləğvinə və buna görə də avrokuboklara qadağa qoyulmasına səbəb ola biləcəyini bildirib.
Mbappe Liqa 2 komandası Caen-in yeni sahibi olub. Fransız ulduzun sahibi olduğu şirkət Caen-in əksər səhmlərinin alındığını açıqlayıb.
Günel Məlikzadə