Qadın voleybolçularımızdan qələbə xəbəri gəldi

Qadın voleybolçularımızdan qələbə xəbəri gəldi İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.
News24.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 
Azərbaycan - Xorvatiya 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Komanda növbəti oyununu avqustun 25-də Hollandiyaya qarşı keçirəcək.