"Qalatasaray" 18 nəfər barəsində cinayət işi açdı
İdman
"Qalatasaray" futbol klubu klubun adını qanunsuz fəaliyyətlərlə əlaqələndirməyə çalışan şəxslərə qarşı hüquqi addım atdığını açıqlayıb.
News24.az xəbər verir ki, klubdan verilən məlumata görə, keçmiş futbolçu Ümit Özat da daxil olmaqla 18 nəfər barəsində cinayət işi açılıb.
Sarı-qırmızılı klubun bəyanatında bildirilib ki, "Qalatasaray"ı hədəf alan, ictimaiyyəti çaşdırmağa yönəlmiş mütəşəkkil paylaşımlar və əsassız iddialar hüquqi cavabsız qalmayacaq. Açıqlamada vurğulanıb ki, klubun nüfuzunu ləkələməyə çalışan hər kəs statusundan və tanınmışlığından asılı olmayaraq qanun qarşısında cavab verəcək.