“Qalatasaray” bu mövsüm 5 transfer həyata keçirdi
İdman
“Qalatasaray” qış transfer pəncərəsində heyətinə 5 futbolçu qatıb.
News24.az xəbər verir ki, klub 2 daimi, 3 icarə transferi həyata keçirib və ümumilikdə 9,35 milyon avro xərcləyib.
Daimi transferlər Renato Nhaga (6,5 mln avro, “Casa Pia”) və Can Armando Güner (350 min avro, “Borussiya Mönhenqladbax”) olub. Noa Lang, Yaser Asprilla və Saşa Boey isə icarə əsasında komandaya qoşulub. Yeni transferlərin orta yaşı 21,8-dir.
Transfer pəncərəsində Yusuf Demir və Berkan Kutlu ilə yollar ayrılıb, Kazımcan Karataş “RAMS Başakşehir”ə, Eyüp Aydın isə “Kasımpaşa”ya icarəyə verilib.