“Qalatasaray” Çempionlar Liqasında “Monako”ya uduzdu

“Qalatasaray” Çempionlar Liqasında “Monako”ya uduzdu İdman

UEFA Çempionlar Liqasının altıncı həftəsində “Qalatasaray” səfərdə Fransanın “Monako” komandasına 1:0 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki, “Stade Louis II” stadionunda keçirilən görüşün ilk hissəsində Barış Alper Yılmazın zərbəsi dirəyə dəyərək qoldan yayınıb.

Matçın taleyi 49-cu dəqiqədə müəyyənləşib. "VAR" müdaxiləsindən sonra “Monako”nun xeyrinə penalti təyin olunub. Denis Zakarianın zərbəsini Uğurcan Çakır dəf etsə də, İstanbul təmsilçisi oyunu xilas edə bilməyib və qarşılaşma fransız klubunun minimal üstünlüyü ilə başa çatıb.