"Qalatasaray" "Liverpul"u məğlub etdi
İdman
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin “Qalatasaray” komandası İngiltərənin “Liverpul” komandasını qəbul edib.
News24.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi Mario Lemina olub.
Onun qarşılaşmanın 7-ci dəqiqəsində "Liverpul" qapısından keçirdiyi top bütün oyunun taleyini həll edib. "Qalatasaray" rəqibinə 1-0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, növbəti dəqiqələrdə "Qalatasaray"ın bir qolu off-sayd, "Liverpul"un bir qolu isə əllə oyun səbəbindən hesaba alınmayıb.