“Qalatasaray” Torreyra ilə yeni müqaviləyə hazırlaşır
İdman
"Qalatasaray" mövsümün sonunda yarımmüdafiəçi Lukas Torreyra ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağı planlaşdırır.
News24.az xəbər verir ki, son 3,5 ildə komandanın əsas oyunçularından biri olan uruqvaylı futbolçunun mövsüm bitdikdən sonra Cənubi Amerikaya qayıdacağı barədə iddialar yayılmışdı. Lakin klub rəhbərliyi onun komandada qalmasını istəyir.
Məlumata görə, “Qalatasaray” Torreyra üçün illik maaşı artırmaq qərarına gəlib. Yeni müqavilə ilə futbolçunun qazancının 4 milyon avro yüksəldilməsi nəzərdə tutulur. Hazırda “Qalatasaray” rəhbərliyi Torreyra ilə davam etməkdə qərarlıdır və yaxın vaxtlarda rəsmi addımların atılması gözlənilir.