“Qalatasaray” transferdə diqqətini İtaliyaya yönəltdi

“Qalatasaray” transferdə diqqətini İtaliyaya yönəltdi İdman

“Qalatasaray” mövsümün ortasındakı transfer pəncərəsində heyətini gücləndirmək üçün İtaliya Seriya A-dakı oyunçulara yönəlib.

News24.az xəbər verir ki, Türkiyə Super Liqa klubunun siyahısında beş oyunçu yer alır.

Əsas hədəf yarımmüdafiə xəttini gücləndirməkdir. Siyahıda Fofana (“Milan”), Davide Frattesi (“İnter”) və Teun Kupmeyners (“Yuventus”) yer alır. Bundan başqa, “Atalanta”nın braziliyalı futbolçusu Ederson və komandası ilə daha əvvəl “Qalatasaray”a keçmiş Ademola Lookman da maraq dairəsindədir.

İtaliya idman xəbər agentliyi "Sky"nin məlumatına görə, klub Udinezedə oynayan ingilis hücumçu Keinan Devisini də transfer hədəflərinə əlavə edib. 27 yaşlı oyunçu bu mövsüm “Udineze”də 21 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.