“Qalatasaray” Yaser Asprilyanın transferini açıqladı

“Qalatasaray” Yaser Asprilyanın transferini açıqladı İdman

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az xəbər verir ki, “sarı-qırmızılılar” “Jirona”nın formasını geyinən Yaser Asprilyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,2 milyon avro məvacib alacaq.