"Qalatasaray"a böyük itki: Osimhen meydanı tərk etdi
İdman
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen milli komandadakı oyunda sağ ayağının arxa əzələsindən zədə alaraq meydanı tərk edib.
News24.az-ın məlumatına görə, şiddətli ağrı səbəbindən göz yaşlarına hakim ola bilməyən Osimhenin zədəsinin ciddi olduğu qeyd olunur.
Meydanı tərk edərkən yeriməkdə çətinlik çəkdiyi bildirilən futbolçunun vəziyyəti müayinədən sonra dəqiqləşəcək. İlkin ehtimallar onun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağını göstərir.
Baş məşqçi isə Osimhenin yoxluğunda hücum xəttini Mauro İkardiyə həvalə edəcək.