"Qalatasaray"da ayrılıq: Əfsanə gedir

"Qalatasaray"da ayrılıq: Əfsanə gedir İdman

"Qalatasaray"ın əfsanəsi Fernando Muslera komandadan ayrılır.

News24.az xəbər verir ki, bunu uruqvaylı qapıçı təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Super Liqanın 38-ci turunun "Başakşehir"lə matçı 38 yaşlı qolkiper üçün "sarı-qırmızılı" forma ilə sonuncu oyun olacaq.

Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. O, İstanbul təmsilçisinin heyətində 550 rəsmi matçda iştirak edib və ümumilikdə 19 titul qazanıb./publika