"Qalatasaray"dan "Ayaks" üzərində tarixi qələbə

"Qalatasaray"dan "Ayaks" üzərində tarixi qələbə İdman

“Qalatasaray” UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Ayaks”ı 3:0 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, komandanın nigeriyalı hücumçusu Viktor Osimhen "het-trik" edərək görüşün əsas qəhrəmanına çevrilib.

Bu nəticə ilə “Qalatasaray” 13 ildən sonra ilk dəfə Çempionlar Liqasında ardıcıl 3 qələbə qazanıb və xalını 9-a çatdırıb. İstanbul təmsilçisi həm də tarixində ilk dəfə Hollandiya klubunu səfərdə məğlub etməyə nail olub.

“Qalatasaray”ın qollarının hamısı 59, 66 və 78-ci dəqiqələrdə Viktor Osimhen tərəfindən vurulub.