“Qalatasaray”dan sürpriz transfer: Razılaşma əldə olunmaq üzərədir

“Qalatasaray”dan sürpriz transfer: Razılaşma əldə olunmaq üzərədir İdman

“Qalatasaray” Almaniyanın “Hoffenhaym” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi Umut Tohumcunun transferini böyük ölçüdə yekunlaşdırıb.

News24.az xəbər verir ki, bu barədə TRT Sport məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında razılaşma əldə olunmaq üzrədir və müqavilənin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

Boyu 1,75 metr olan Umut Tohumcu indiyədək 102 peşəkar oyunda iştirak edib, 32 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçunun “sarı-qırmızılar”ın heyətinə sürpriz transfer kimi qoşulacağı bildirilir.