“Qalatasaray”ın rəqibi “Monako” uduzdu
İdman
UEFA Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşacaq Fransanın “Monako” komandası Liqa 1-in 15-ci turunda səfərdə “Brest”ə 0:1 hesabı ilə məğlub olub.
News24.az xəbər verir ki, görüşün yeganə qolunu 28-ci dəqiqədə Kamori Dumbiya vurub. “Brest”in futbolçusu Lüdovik Ajorke isə 60-cı dəqiqədə qırmızı vərəqə alıb. 15 turdan sonra “Monako”nun hesabında 23 xal var.
Qeyd edək ki, “Qalatasaray”la “Monako” arasındakı Çempionlar Liqası oyunu dekabrın 9-da keçiriləcək