Qalmaqallı matçda “Beşiktaş” İsrail klubuna qalib gəldi
İdman
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Türkiyənin “Beşiktaş” klubu İsrailin “Hapoel Beer-Şeva” komandasına 2:1 hesabı ilə qalib gəlib.
News24.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən qarşılaşmada İstanbul təmsilçisinə qələbə qazandıran qolları 75-ci dəqiqədə Junior Olaitan və 90-cı dəqiqədə Orkun Kökçü vurublar.
Orkun Kökçü ilk hissənin 45+4-cü dəqiqəsində penaltidən yararlana bilməyib.
Qarşılaşma zamanı zərbə aldıqdan sonra başgicəllənməsi yaşayan Emirhan Topçu ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.
Qeyd edək ki, matçın 25-ci dəqiqəsində tribunalarda Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisinin sərt müdaxiləsi nəticəsində qarşılaşma dayandırılıb. Polis azarkeşlərə qarşı bibər qazından istifadə edib. İnsident səbəbindən dayandırılan oyun 40 dəqiqə sonra bərpa olunub.
Həmçinin qarşılaşmadan əvvəl “Beşiktaş”ın futbolçuları İsrail təmsilçisinin oyunçuları ilə əl sıxmaqdan imtina ediblər.