“Qarabağ” “Şamaxı”ya uduzdu

“Qarabağ” “Şamaxı”ya uduzdu İdman

Azərbaycan Kubokunda 1/4 final mərhələsi davam edir.

News24.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulacaq.

“Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Görüşü Kamranbəy Rəhimov idarə edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hücumlarının sayını artıran Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxmağı bacarıb. Lakin bu qol görüşdə son nəticəni dəyişməyib. “Köhlən atlar” rəqibinə 1:2 hesabı ilə məğlub olub.