“Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarıldı İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarıldı.

News24.az xəbər verir ki, standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 AZN, VIP sektorlar üçün 200, 250, 300 və 400 AZN, VVIP sektor üçün isə 1000 AZN təşkil edir.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və rəsmi saytı vasitəsilə əldə edilə bilər. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və stadion kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.