“Qarabağ” – “Ayntraxt Frankfurt” oyununun biletləri bu tarixdə satışa çıxır

“Qarabağ” – “Ayntraxt Frankfurt” oyununun biletləri bu tarixdə satışa çıxır İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” (Almaniya) oyununun biletləri 16 yanvar saat 12:00-dan etibarən satışda olacaq.

News24.az xəbər verir ki, standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 manatdır. VIP sektorlar üçün biletlər 200–400 manat, VVIP sektorlar üçün isə 1000 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhrəmov adına Respublika stadionunda saat 21:45 də keçiriləcək.