"Qarabağ" – "Ayntraxt": təmsilçilərimiz oyundan möhtəşəm qələbə ilə ayrıldı
İdman
Oyunun son saniyələrində (90+4) vurulan dəqiq zərbə ilə "Qarabağ" oyundan qalib kimi ayrılıb.
News24.az xəbər verir ki, matçın qələbə qoluna Bəhlul Mustafazadə imza atıb.
"Qarabağ" 3 - 2 "Ayntraxt"
Qeyd edək ki, bu qələbə ilə "Qarabağ" hesabına 10 xal yazdıraraq çempionatda qalmaq hüququ əldə edib.
**
"Qarabağ" hesabı bərabərləşdi.
News24.az xəbər verir ki, 80-ci dəqiqədə Kamilo Duranın növbəti qolu rəqiblə hesabımızı bərabərə qaldırıb.
“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında üçüncü qol vurulub.
News24.az xəbər verir ki, 78-ci dəqiqədə rəqib qapımıza təyin olunan penaltidən maksimum yararlanaraq hesabı 2-1-ə yüksəldib.
**
“Qarabağ” – “Ayntraxt” qarşılaşmasında ikinci hissə start götürüb.
**
“Qarabağ” – “Ayntraxt” oyununda birinci hissə başa çatıb.
**
“Qarabağ” – “Ayntraxt” oyununda hesab bərabərləşib.
News24.az xəbər verir ki, 10-cu dəqiqədə Can Uzun komandamızın qapısından top keçirərək hesab fərqini sıfıra endirib.
**
“Qarabağ” – “Ayntraxt” oyununda ilk qol vurulub.
News24.az xəbər verir ki, qolun sahibi Kamilo Duran olub.
Oyunun 4-cü dəqiqəsində vurulan ilk qol "Qarabağ"ı hesabda irəli çıxarıb.
**
Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda "Qarabağ" FK Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşır.
News24.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Xatırladaq ki, daha əvvəl təmsilçilərimiz 6 oyun keçiriblər. Onlardan ikisi qələbə, üçü məğlubiyyət, biri isə bərabər hesabla yekunlaşıb.