“Qarabağ” – “Ayntraxt” qarşılaşması: Qələbə mümkün, amma çətin olacaq - AÇIQLAMA

“Qarabağ” – “Ayntraxt” qarşılaşması: Qələbə mümkün, amma çətin olacaq - AÇIQLAMA İdman

"Bu gün keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu asan olmayacaq. “Ayntraxt”ın hazırkı durumu bizi arxayınlaşdırmamalıdır. Çünki “Ayaks” daha ağır vəziyyətdə Bakıya xalsız gəlmişdi, lakin oyunu 4 qolla qazanaraq 3 xalı aparmışdı. “Ayntraxt” istənilən halda güclü komandadır və Avropanın “böyük beşlik” liqalarından birini təmsil edir".

Bunu axşam Bakıda keçiriləcək qarşılaşma barədə News24.az-a danışan futbol eksperti Anar Xanlarov deyib.

Onun sözlərinə görə, rəqibin son oyunlarda məhsuldar çıxışı da diqqət çəkir:

“Demək olar ki, hər görüşdə 2-3 qol vururlar. Məhz belə komandalarla oyunlarda "Qarabağ" çətinlik yaşayır, çünki müdafiə xətti tam etibarlı deyil. Bununla belə, şansımız var.

Dünən keçirilən oyunlardan sonra "Qarabağ" ilk 24-lüyü tərk edib. Yenidən bu zonaya qayıtmaq üçün qələbə mütləqdir. Antalyada hazırlıq yüksək səviyyədə keçib, bütün yoxlama görüşləri qələbə ilə başa çatıb və heyətdə itki yoxdur. Bunlar bizim üçün müsbət məqamlardır.

Bu baxımdan qələbə qazanacağımıza ümid edirəm. Ən pis halda isə məğlub olmayacağımızı düşünürəm".